Rusiya Ukraynaya hava zərbələri endirib | VİDEO

   Rusiya Ukraynaya hava zərbələri endirib    | VİDEO
  20 İyun 2025    Oxunub:612
İyunun 20-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Odessa, Xarkov və Sumı vilayətlərinə “Şahed” tipli hücum PUA-ları və müxtəlif tipli pilotsuz uçuş aparatları imitatorları ilə hücum edib.
AzVision.az xəbər verir ki, Rusiyanın kütləvi hücumları nəticəsində Odessa vilayətində 1 adam ölüb, 14 nəfər isə yaralanıb.

“Rusiya hücum pilotsuz təyyarələri ilə Odessaya kütləvi hücum həyata keçirib. 10-dan çox zərbə qeydə alınıb, irimiqyaslı yanğınlar baş verib”, - Ukrayna FHN-nin məlumatında deyilir.

Yanğının söndürülməsi və insanların xilas edilməsi zamanı konstruksiyaların xilasedicilərin üzərinə düşməsi nəticəsində xəsarət almış 3 yanğınsöndürən xəstəxanaya yerləşdirilib, onların vəziyyəti indi sabitdir.

Kiyev dəhşətli gecə yaşayıb | VİDEO
Xarkova hücumda sonra şəhərdə yanğının başladığı bildirilir.

- Rusiya PUA-larının şəhərə endirdiyi zərbə nəticəsində bir yerdə yaşayış olmayan yeni tikilinin damı yanır, başqa bir yerdə isə çoxmərtəbəli binanın həyətinə zərər çəkib: şüşələr sınıb, maşınlara ziyan dəyib. Hazırda üç zərərçəkənin olduğu məlumdur”, - Xarkovun meri İqor Terexov yazıb.

PUA-ların hücumu həmçinin Sumı vilayətində yanğınlara səbəb olub.

Xatırladaq ki, iyunun 17-nə keçən gecə Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi hava zərbələri nıəticəsində 15 insan qətlə yetirilib, onlarla adam yaralanıb və xeyli dağıntı olub.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti